Premyer Liqa klublarının maraqlandığı 28 yaşlı futbolçu

Premyer Liqa klublarının maraqlandığı 28 yaşlı futbolçu

"Çelsi" və "Tottenhem" "Roma"nın 28 yaşlı sol cinah müdafiəçisi Leonardo Spinazzola ilə yaxından maraqlanırlar.
 
Sport7.az xəbər verir ki, hər iki London təmsilçisinin nümayəndələri futbolçunun oyunlarını diqqətdə saxlayırlar. "Zadəganlar"ın baş məşqçisi Tomas Tüxelin yalnız Ben Çiluelli heyətdə saxlayaraq bu yay iki sol cinah müdafiəçisi Markos Alonso və Emerson Palmiereinin göndərilməsinə qərar verəcəyi bildirilir.
 
"Çelsi"nin bu transferdə əsas rəqibi "Tottenhem"in yaxın günlərdə Paulo Fonsekanın baş məşqçi postuna təyinatını təsdiqləyəcəyi gözlənilir.
 
Fonseka son iki mövsüm ərzində Spinazzola ilə "Roma"da çalışıb
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR