"Everton” yeni stadionun inşası üçün icazə alıb.
Sport7.az xəbər verir ki, Premyer Liqa klubu 500 milyon funt sterlinq dəyərində 53 min tamaşaçı tutumuna malik arena tikdirəcək. Liverpul təmsilçisi 1892-ci ildən oynadığı indiki stadionunu 2024/25 mövsümündən tərk edə biləcək. Yeni arena yalnız həmin vaxta hazır olacaq.
9 dəfə İngiltərə çempionu olan "Everton” 1995-ci ildən sonra heç bir titul qazanmayıb.
Sport7.az