Premyer Liqanı tərk edəcək daha bir komanda bəlli oldu

Premyer Liqanı tərk edəcək daha bir komanda bəlli oldu

Dünən İngiltərə Premyer Liqasında baş tutan matçlardan sonra bu yarışı tərk edəcək ikinci komandanın adına aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, söhbət "Vest Bromviç"dən gedir. Komanda 35-ci turda "Arsenal"a 1:3 hesabı ilə uduzub və 26 xalla 19-cu pillədə qərarlaşıb. Yarışın bitməsinə üç tur qalmış "Vest Bromviç" elitada qalmağa imkan verən 17-ci pillədəki "Börnli"dən 10 xal geri qalır. Bu da o deməkdir ki, komanda son turlarda qələbə qazansa belə, yüksək liqanı tərk edəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR