Premyer Liqanı tərk edəcək üçüncü klub da müəyyənləşdi

Premyer Liqanı tərk edəcək üçüncü klub da müəyyənləşdi

İngiltərə Premyer Liqasını tərk edəcək 3-cü klub da müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, söhbət "Fulhem"dən gedir. Premyer Liqanın 35-ci turunda "Börnli" ilə qarşılaşan londonlular 0:2 hesabı ilə məğlub olub. Bu matçdan sonra 27 xalı olan komandanın növbəti mövsümdən elitanı tərk edəcəyi və Çempionşipdə mübarizə aparacağı dəqiqləşib. 
 
Məğlubiyyətdən sonra turnir cədvəlində "Soutempton"dan 10 xal geri düşən "Fulhem"lə yanaşı "Vest Bromviç" və "Şeffild Yunayted" də növbəti mövsümdən Premyer Liqada mübarizə aparmayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR