Prezident millinin baş məşqçisi ilə görüşdü

Prezident millinin baş məşqçisi ilə görüşdü

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində (MPK) iclas keçirilib.

Sport7.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov atletika idman növü üzrə milli komandanın baş məşqçisi ikiqat Paralimpiya çempionu Oleq Panyutin və idmançıların şəxsi məşqçiləri ilə görüş keçirmişdir.
 
İclasda 2021-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin 2021-ci il üçün strateji fəaliyyət planında atletika idman növü üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi sahəsində görülmüş işlər, qarşıda duran vəzifələr və hazırlığın son mərhələsi geniş müzakirə edilmişdir.                  
 
Daha sonra baş məşqçi Oleq Panyutin idmançıların qarşıda gələn yarışlara hazırlıq barədə Komitə prezidentinə məlumat vermişdir. O, bildirmişdir ki, idmançılarımız 10 – 17 may 2021-ci il tarixlərində İsveçrənin Nottvil şəhərində keçiriləcək Qran-Pri yarışı və 30 may – 06 iyun 2021-ci il tarixlərində Polşanın Bıqdos şəhərində keçiriləcək Avropa Çempionatına tam hazırdırlar.
 
İclasın yekununda MPK prezidenti İlqar Rəhimov məşqçilərdən idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanmış və müvafiq tapşırıqlar vermişdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR