Prosineçki

Prosineçki "Bursaspor"a "hə" dedi

Millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor”a keçəcəyi ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. 

Sport7.az xəbər verir ki, bu barədə "Fanatik” qəzeti məlumat yayıb.

Xəbərə görə, artıq klub xorvatiyalı mütəxəssislə anlaşıb və o, gələn mövsümdən Bursa təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, bu ilin yanvar ayında "Bursaspor” Prosineçkini baş məşqçi vəsəfəsinə gətirmək istəsə də, 48 yaşlı məşqçi müqaviləsinin sonuna qədər millimizi tərk etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, Robert Prosineçki 2014-cü ildən Azərbaycan millisini çalışdırır. Onun müqaviləsi bu ilin dekabrında başa çatacaq.

Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR