"Psixoloji planda çətin idi" - Mariya Stadnik

"Turnirdə qızıl medal qazandım. Nəticədən razıyam".

Sport7.az xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirinin qalibi olması barədə danışarkən deyib. 2 qat dünya və 8 qat Avropa çempionu bildirib ki, dağdakı təlim-məşq toplanışından sonra zalda nəfəs almaq çətin olur: "Özünü elə hiss edirsən ki, sanki çəkin ağırlaşıb. Bu, Tokio olimpiadası öncəsi son turnir idi. Belə yarışlar önəmlidir. Özümüzü yoxlamalı, hansı formada olduğumuzu görməli, hazırlığa daha nələri əlavə etməli olduğumuzu bilməli idik".

Stadnik Varşavada apreldə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb. Onun sözlərinə görə, həmin yarışda çıxış etmək daha çətin olub: "Bu, karantindən sonra ilk ciddi sınağım idi. Uzun müddətdir yarışlarda iştirak etmirdim. Psixoloji planda çətin idi. Hazırda daha yaxşı formadayam və özümə daha çox güvənirəm. Bu mənada Polşadakı turnirdə iştirak daha asan oldu".

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqdan da söz açan Stadnik uğur qazanmaq üçün özündən asılı olan hər şeyi etdiyini vurğulayıb: "Qızıl medaldan ötrü həm fiziki, həm də psixoloji baxımdan ciddi hazırlaşıram. Son olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. Qızıl medal qazanıb-qazanmayacağımı yalnız o bilir. Mən isə öz növbəmdə, əlimdən gələni edəcəyəm".

Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR