PSJ

PSJ "Barsa"nın Neymarla bağlı təklifinə "yox" dedi

"Barselona" Neymarın transferi ilə bağlı PSJ-yə təklif göndərib.

Sport7.az xəbər verir ki, Paris klubunun qarşı tərəfə ilk cavabı "yox" olub. Braziliyalı futbolçu Kataloniya təmsilçisinin yay pəncərəsində əsas transfer hədəfi hesab olunur. Lakin 29 yaşlı forvard keçmiş komandasına qayıtmaq ehtimalına şübhə ilə yanaşır. O, daha əvvəl PSJ ilə yeni müqavilə məsələsinin həll olunduğunu bildirib.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında "Barselona"dan PSJ-yə keçib. O, cari mövsümdə Liqa 1-də meydana çıxdığı 14 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçunun klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR