"Qalatasaray" bu futbolçu ilə vidalaşdı

Bu ilin yanvarında icarə əsasında "Qalatasaray"a keçən Cedson Fernandeşlə yollar ayrılıb.

Sport7.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi instaqram hesabında məlumat yayıb. Jedson Galatasaray forması ilə şəklini paylaşaraq, kluba təşəkkür edib.

Müqavilə ilə Portuqaliya klubu "Benfika"ya məxsus olan Jedsonun "sarı-qırmızılar”la icarə müqaviləsi iyunun sonuna qədər idi.

Portuqaliyalı futbolçu "Qalatasaray"ın heyətində bu mövsüm Super Liqada 17 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR