"Qalatasaray"da ciddi itki

"Qalatasaray"ın futbolçusu Radamel Falkao Türkiyə Superliqasında "Denizlispor" və "Yeni Malatyaspor"la matçları buraxacaq.
 
Sport7.az xəbər verir ki, "Beşiktaş"la oyunda (3:1) zədələnən kolumbiyalı hücumçunun arxa əzələsində problem aşkarlanıb. Bu səbəbdən o, sözügedən görüşlərdə meydana çıxmayacaq.

Hazırda turnir cədvəlində 78 xalla 3-cü pillədə qərarlaşan "Qalatasaray" lider "Beşiktaş"dan 3, 2-ci pillədə olan "Fənərbağça"dan isə 1 xal geridə qalır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR