"Qarabağ" afrikalı hücumçu ilə müqavilə imzaladı

"Qarabağ" Portuqaliyanın "Vitoriya" klubundan transfer etdiyi Abdul-Aziz Yakubu ilə müqavilə imzalayıb. 

Sport7.az xəbər verir ki, bu barədə "GHANAsoccernet.com" saytı məlumat yayıb.
 
Ağdam təmsilçisi 23 yaşlı qanalı hücumçu ilə 4 illik anlaşma imzalayıb.

Abdul-Aziz Yakubu son mövsümdə "Vitoriya"nın heyətində meydana çıxdığı 34 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Qanalı futbolçu əvvəllər Portuqaliyanın "Vizela" və "Eştoril" klublarlnda da çıxış edib. 

"O Jogo" nəşrinin məlumatına görə, "Qarabağ" bu transfer üçün "Vitoriya"ya 1 milyon avro ödəyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR