"Qarabağ" - "Aşdod" matçının hakimləri müəyyənləşdi

UEFA Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Aşdod" matçının təyinatları açıqlanıb.

Sport7.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

İyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR