"Qarabağ" La Liqadan futbolçu alır

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" transfer çalışmalarını davam etdirir.

Sport7.az xəbər verir ki, Ağdam təmsilçisi La Liqada təmsilçisi "Leqanes"in futbolçusu Kvabena Ovusunu transfer etməyə yaxındır. Bu haqda İspaniya mətbuatında məlumat yer alıb. 

Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan Ovusu 6 qola imza atıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR