"Qarabağ" rəhbərliyindən "CBC Sport"un şərhçisinə jest - FOTOLAR

Ötən gün "Qarabağ" və "Sumqayıt" komandaları arasında keçirilən görüşündən öncə Ağdam klubu sözügedən qarşılaşmanın şərhçisi, "CBC Sport"un əməkdaşı Süleyman Vəliyevə jest edib.
 
Sport7.az xəbər verir ki, bu barədə "CBC Sport"un "facebook" səhifəsi məlumat yayıb. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan Süleyman ötən həftə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdu.

Bu gün isə "Qarabağ" şərhçiyə Laçının avtomobil seriya nömrəsinin (41) əks olunduğu forma hədiyyə edib. Formanı klubun direktoru Əmrah Çəlikəl təqdim edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR