"Qarabağ" rəsmisindən transfer açıqlaması

"Bu gündən məşqlər bərpa olunur və komanda yeni mövsümün hazırlıqlarına başlayacaq". 

Sport7.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə klubun hazırlıq planı barədə danışarkən deyib. Klub rəsmisi bildirib ki, təlim-məşq toplanışının ilk mərhələsinin proqramı müyyənləşib: "İkinci mərhələnin harada olacağı isə hələlik bilinmir. Bəzi dəqiqləşdirilməli olan məsələlər var. Pandemiya işimizə təsir edir. Təbii ki, hazırlığın ölkə xaricində olmasını istəyirik, ancaq harada olacağı hələ dəqiqləşməyib". 

"Bakıda hazırlıq zamanı iki yoxlama görüşü nəzərdə tutmuşuq. İndiki dönəmdə yalnız iki klubla oynamaq imkanımız var. Çünki sadəcə iki komanda hazırlıqlara başlayıb, bunlar avrokuboklara hazırlaşan "Sumqayıt" və "Keşlə"dir. "Neftçi" daha tez qoşulacaq. Ona görə də indiki halda "Neftçi" ilə yoldaşlıq oyunu keçirməyimiz mümkünsüz görünür. Amma "Sumqayıt" və "Keşlə" ilə Bakıda yoxlama oyunu keçirməyi planlaşdırırıq. Əgər razılıq olarsa, bu iki komanda ilə qarşılaşacağıq", - deyə Ağdam təmsilçisinin sözcüsü bildirib.

Gündüz Abbaszadə yeni transferlər üçün hazırlıq getdiyini də bildirib: "Yeni transferlər olacaq. Hazırda çalışmalarımız gedir. Amma hər hansı bir futbolçu ilə müqavilə imzalanmayana qədər adını açıqlamırıq. Bəzi mövqelər üzrə futbolçu axtarışlarımız davam edir. Hər hansı bir tranfser olarsa, bu barədə rəsmi məlumat verəcəyik". 
 
Ölkə çempionatının gümüş mükafatçısı Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək. (Fanat.Az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR