"Qarabağ" yoxlama matçında uduzdu - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.

Sport7.az xəbər verir ki, Ağdam klubu Rusiyatəmsilçisi "Arsenal"la (Tula) qüvvəsini sınayıb. Kirxdorf şəhərində keçirilən matç rusların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 20-ci dəqiqədə Yevgeni Markov vurub.

"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb - 1:0.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR