"Qarabağ"a görə bu klubdan imtina etdi

"Qarabağ”ın yeni transferi Abdul-Aziz Yakubunun keçidi Ağdam klubuna heç də asan başa gəlməyib.

Sport7.az xəbər verir ki, Portuqaliya klubu "Vitoriya”dan alınan gənc hücumçu Azərbaycana yollanmaq üçün Türkiyə variantından imtina edib. Məsələ burasındadır ki, TFF I Liqa təmsilçisi "Samsunspor” da qanalı forvardın keçidində maraqlı olub. Samsunlular hətta 23 yaşlı qolçunun özü və klubu ilə danışıq da aparıb. Lakin Yakubu "Neftçi” kimi, "Samsunspor”a da "yox” cavabını verib.

Abdul-Aziz Yakubunun "Qarabağ”la 4 illik müqavilə imzalaması gözlənilir. Bu keçidin "Vitoriya”ya təxminən 1 milyon avro qazandıracağı bildirilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR