"Qarabağ"da daha bir transfer çalışması

Son olaraq "Kopenhagen"dən Uros Matiçi heyətinə qatan "Qarabağ" daha bir transfer əməliyyatıı həyata keçirməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, Azərbaycan çempionu yepnə ölkə xaricinə üz tutub.

Qurban Qurbanovun gücləndirmək istədiyi mövqe yarımmüdafiə xəttidir. Baş məşqçinin maraq dairəsinə düşən 3 əcnəbi futbolçu ilə danışıqlar paralel olaraq danışıqlar davam etdirilir. Hansı biri ilə görüşmələr tez başa çatdırılsa, o da Azərbaycana dəvət olunacaq.

"Qarabağ" yay transfer bazarının gperidə qalan hissəsində 3 legionerlə güclənib. Uros Matiçlə yanaşı, Kevin Medina ("Çaves", Portuqaliya) transfer olunub. Həmçinin Vild-Donald Gerye 1 ildən sonra "Neftçi"dən geri qayıdıb.

Yerlilərə gəlincə, icarə müddəti bitən 3 futbolçu hazırda Qurbanovun sərəncamındadır. Bunlar "Zirə"dən Nicat Süleymanov, "Səbail"dən Ruslan Hacıyev və "Sumqayıt"dan Elvin Cəfərquliyevdir.

Ayrıca Emil Balayevi də qeyd edək. Son mövsümün 4 ayını "Zirə"də keçirən qapıçı da 4 il öncə ayrıldığı "Qarabağ"a dönüb. (Sportinfo.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR