"Qarabağ"ın legioneri: "Özümü xoşbəxt hiss edirəm"

"Qarşıda bizi çox matç gözləyir. "Qəbələ” ilə görüşdə sərgilədiyimiz oyun xoşuma gəldi. Fikrimcə, komandamız qələbəyə layiq idi".

Sport7.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç Premyer Liqanın XVIII turunda evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın növbəti turları barədə bunları söyləyib: "Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. "Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.

Qeyd edək ki, "Qarabağ" XIX turda səfərdə "Zirə" ilə üz-üzə gələcək. Noyabrın 9-da keçiriləcək matç saat 17:15-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR