"Qarabağ"ın qapıçısının başından zədələndiyi an - VİDEO

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində xoşagəlməz hadisə yaşanıb.
 
Sport7.az xəbər verir ki, turun "ASCO Arena"da baş tutan "Səbail" - "Qarabağ" matçında qonaqların, eyni zamanda yığmamızın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb. Matçın 26-cı dəqiqəsində "Səbail"in hücumu zamanı Şahruddin təhlükəni sovuşdurmnaq üçün qapıçı meydançasını tərk edərək topun qarşısını kəsməyə çalışıb. Bu zaman rəqib hücumçu Amil Yunanovun ayağı sərt şəkildə onun başına dəyib. Qolkiper zərbədən sonra bir müddət yerdə qalıb və başından qan açılıb. Həkimlər dərhal müdaxilə edib onun başını sarğı ilə bağlayıblar və qolkiperi ikinci qapıçı Emil Balayev əvəzləyib.
 
"Səbail"in hücumçusu isə sarı vərəqə ilə cəzalandırılıb. 

Hazırda Məhəmmədəliyevin durumu və onun qarşıdakı oyunu buraxıb-buraxmayacağı haqda konkret məlumat olmasa da, klub tərəfiindən məsələ ilə bağlı açıqlama veriləcəyi gözlənilir.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR