"Qarabağ"ın rəqibi azarkeşlər üçün müraciət edib

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İspaniya "Vilyarreal"ı qrup mərhələsindəki matçlarda azarkeşlərin iştirak etməsini istəyir.

Sport7.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Klub rəhbərliyi məsləhətləşmələr apardıqdan sonra yerli hökumətinə müraciət ünvanlayıb. UEFA-nın qərarına əsasən, avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Lakin yerli orqanların icazəsi olmalıdır.

"Vilyarreal" hələ ki, cavab gözləyir. 

"Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da evdə, dekabrın 11-də isə İspaniyada üz-üzə gəlməlidir. Ağdam təmsilçisi ilk turda İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq.
 
"Sivasspor" da ev oyunlarında azarkeşlərin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR