"Qarabağ"ın rəqibi bu ayrılığa üzüldü

"Qarabağ”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aşdod” bir futbolçusu ilə vidalaşıb.

Sport7.az xəbər verir ki, İsrail təmsilçisi yarımmüdafiəçi Şlomi Azulayın müddəti bitən müqaviləsini yeniləməyib və onunla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azulay 2019-cu ilin yayından "Aşdod”da çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi "Aşdod”la ötən mövsüm 29 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ” "Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR