"Qarabağ"ın sabiq futbolçusu Çində rekorda imza atdı

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu rekorda imza atıb.

Sport7.az xəbər verir ki, Çin təmsilçisi "Çjetszyan Qrintaun"da forma geyinən 30 yaşlı hücumçu klubun tarixinə düşüb. Cənubi afrikalı forvard klubun ən çox qol vuran oyunçusu ünvanını ələ keçirib. Ndlovu Superliqaya vəsiqə uğrunda ilk pley-off matçında "Uhan Çjoer"i məyus edib. Təcrübəli forvard 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Çində olduğu müddətdə 65 oyuna 42 qol vuran hücumçu 88 qarşılaşmada 41 dəfə fərqlənən braziliyalı forvard Anselmo Ramonun rekordunu qırıb.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu noyabrın 22-də olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR