"Qarabağ"ın sabiq qapıçısı "Arsenal"ın hədəfində

"Qarabağ"ın sabiq qolkiperi Asmir Beqoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Sport7.az xəbər verir ki, hazırda Çempionşip təmsilçisi "Bornmut"da çıxış edən Bosniya və Herseqovina millisinin üzvü "Arsenal"ın maraq dairəsinə düşüb. Ehtiyat qapıçı axtarışında olan London təmsilçisində əsas namizədlərdən birinin 34 yaşlı Beqoviç olduğu bildirilib.

Beqoviç 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR