"Qarabağ"ın seriyası 15-ə çatdı

Premyer Liqanın XXIII turunda "Səbail”in qonağı olan "Qarabağ”ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.
 
Sport7.az xəbər veir ki, Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. Ötən mövsümə təsadüf edən həmin görüşdə "Sumqayıt” 2:1 hesabı ilə qələbə qazanıb.
 
"Qarabağ” 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən, 11 oyunu cari mövsümdə gerçəkləşib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR