"Səbail"dən qələbə, "Qarabağ" Sumqayıtda xal itirdi - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

Sport7.az xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da baş tutub. "Səbail" Bayılda "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbədən sonra Aftandil Hacıyevin komandası xallarının sayını 16-ya yüksəldib.

Günün son oyununda "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Bu qarşılaşma elə başladığı hesabla da yekunlaşıb. Nəticədə komandalar meydandan 1 xalla ayrılmalı olub.
 
Tura sabah "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XVI tur

16:00. "Səbail" - "Sabah" 2:0
(Amil Yunanov, 16, 77) 

"Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
 
"Sabah”: 12. Alvaro Villete, 14. Slavik Alxasov (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 9. Xulio Sezar Rodriqez, 38. Arsen Ağcabəyov, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Bakı, "ASCO Arena".

18:00. "Sumqayıt" - "Qarabağ" 0:0
 
"Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov

"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 39. Zaur Fərzəliyev, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sumqayıt, "Kapital Bank Arena".
 
N Klublar O Q H M T-F X
1 Neftçi 15 9 3 3 20-16 30
2 Qarabağ 16 8 6 2 38-13 30
3 Zirə 15 6 6 3 20-16 24
4 Sumqayıt 16 6 5 5 20-20 23
5 Qəbələ 15 4 6 5 15-22 18
6 Səbail 16 4 4 8 17-26 16
7 Sabah 16 4 2 10 16-23 14
8 Keşlə 15 3 4 8 13-23 13
 
Bombardir: Mahir Emreli ("Qarabağ") - 11 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR