"Qarabağ"ın üzvlərinin koronavirus testlərinin nəticəsi məlum oldu

"Qarabağ"ın idari, futbolçu, məşqçi və personal heyətindən koronavirus testinin götürülməsi ilə bağlı məlumat vermişdik.
 
Sport7.az xəbər verir ki, testlərin cavabları məlum olub. Belə ki, klub üzvlərindən götürülən bütün testlər mənfi nəticə göstərib.

"Qarabağ"ın bazasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır və gigiyena qaydalarına tam riayət olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR