"Qarabağ"ın və millinin qapıçısının başına 25 tikiş qoyuldu

"Qarabağ"ın və millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.
 
Sport7.az xəbər verir ki, Premyer Liqanın 23-cü turunda "Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan qolkiper dərhal xəstəxanaya aparılıb. Burun, üz və kəllə nahiyəsindən xəsarət alan Məhəmmədəliyevin başına 25 tikiş qoyulub.  

İlkin müayinədən sonra Şahruddinin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR