"Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi" - Rizvan Fərzəliyev

Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirən Azərbaycan millisi Yunanıstan futzalçıları ilə qarşılaşıb.
 
Sport7.az xəbər verir ki, Bakı İdman Sarayımnda keçirilmiş oyun komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qitə birinciliyinin final mərhələsinə qrup qalibi kimi vəsiqə qazanan millimizin kapitanı Rizvan Fərzəliyev oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib: "Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanımızda üz-üzə gəldik. Açığı, buna qədər qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdik. Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq. Artıq 6-cı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Təbii ki, həmin mərhələnin oyunlarına hələ kifayət qədər vaxt var. Yaxşı hazırlıq keçməliyik ki, ordakı oyunlarda da uğur qazanaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR