Qazaxıstan klubu məşhur sabiq rus futbolçuya tapşırıldı

Qazaxıstan klubu məşhur sabiq rus futbolçuya tapşırıldı

Qazaxıstan klubu "Astana"nın yeni baş məşqçisi bəlli olub.

Sport7.az xəbər verir ki, Nur Sultan təmsilçisi rusiyalı Andrey Tixonova tapşırılıb. Bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 50 yaşlı mütəxəsssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Tixonov bu postda avqustun sonlarında istefaya göndərilmiş Mixal Bileki əvəzləyib. Bu vaxta qədər "Astana"da baş məşqçi vəzifəsini Pol Eşuort yerinə yetirib.

Tixonov futbolçu karyerasında Rusiyanın "Spartak" klubundakı oyunu ilə yadda qalıb. O, bir müddət Moskva təmsilçisində köməkçi məşqçi kimi işləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR