"Qəbələ" legioneri ilə vidalaşdı - RƏSMİ

"Qəbələ” müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb.
 
Sport7.az xəbər verir ki, ötən ilin sentyabrından komandamıza qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.
 
Klub buna qədər Nikolas Raysel, Ceyms Adeniyi, Merab Qiqauri, Cavid Hüseynov, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Tərlan Əhmədli ilə də yolları ayırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR