"Qəbələ" qapıçı transfer etdi - RƏSMİ

2021/22 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
 
Sport7.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə "qırmızı-qaralar”ın formasını geyinəcək. "Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.
 
21 yaşlı futbolçu "Sabah”a qədər "Bakı”, "Qarabağ” və "Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.
 
"Qəbələ” Nicata qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR