"Qəbələ" "Sumqayıt"ı məğlub etdi

Premyer Liqamızda yaranan fasilədən istifadə edən "Qəbələ" klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sport7.Az-ın məlumatına görə, Dorinel Munteanunun komandası "Sumqayıt"la qarşılaşıb.Sumqayıt şəhər stadionunda keçirilən oyun "Qəbələ"nin qələbəsi ilə başa çatıb. Fasilədən sonra iki qol vuran Qəbələ təmsilçisi oyundan qalib ayrılıb - 2:1.

Qeyd edək ki, 11 turdan sonra aktivində 18 xal olan "Qəbələ " turnir cədvəlinin 4-cü, 13 xalı olan "Sumqayıt" isə 7-ci  pilləsində qərarlaşıb. 


12 noyabr
Yoxlama oyunu

"Sumqayıt" - "Qəbələ" - 1:2 
Qollar: 
Dodo, 55 (0:1), Tofiq Mikayılov, 60 (1:1), Markus Vinisius, 83 (1:2)

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR