Qətər klubu Xavi ilə yeni müqavilə bağladı

Qətər klubu Xavi ilə yeni müqavilə bağladı

Qətər klubu "Əl Sadd" baş məşqçisi Xavi ilə müqaviləni yeniləyib. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 41 yaşlı mütəxəssislə yeni sözləşmə 2023-cü ilə qədər nəzərdə tutulub. 

Müqavilədə yer alan bəndə əsasən, Xavi "Barselona"dan təklif alacağı təqdirdə, Qətər klubunu tərk edə bilər. 

"Barselona"nın yetirməsi olan veteran yarımmüdafiəçi 1997-ci ildən 2015-ci ilə qədər bu komandanın şərəfini qoruyub. 2015-2019-cu illərdə "Əl Sadd"da çıxış edən ispan futbolçu karyerasını burada bitirərək elə komandada məşqçilik fəaliyyətinə başlayıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR