“Qırmızı şeytanlar” lider oldu

“Qırmızı şeytanlar” lider oldu

"Mançester Yunayted” "Börnli”ni 1:0 hesabıyla məğlub edib.

Sport7.az xəbər verir ki, bu qələbə sayəsində "qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında vahid lider olub.

Yeganə qolu görünüş 71-ci dəqiqəsində Pol Poqba vurub.

Bu görüş sentyabr ayında baş tutmalıydı. Amma Mançester təmsilçisinin avrokuboklardakı iştirakına görə təxirə salınmışdı.

Suşerin komandası Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırıb. Bu görüşlərin 9-da "Mançester Yunayted” qələbə qazanıb, iki görüşdə heç-heçə qeydə alınıb.

17 oyundan sonra 36 xal toplayan "qırmızı şeytanlar” 2-ci pillədəki "Liverpul”u 3 xal qaqaqlayır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR