Qitə çempionatında mübarizə aparacaq cüdoçularımız müəyyənləşdi

Qitə çempionatında mübarizə aparacaq cüdoçularımız müəyyənləşdi

Cüdo üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın heyəti açıqlanıb.

Sport7.az xəbər verir ki, sabah Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatına start veriləcək.

Qitənin mötəbər yarışında doqquz idmançımız – Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.

Davud Məmmədsoy (-60 kq) və 2016-cı ilin Avropa çempionu Rüstəm Orucov (-73 kq) bu yarışda koronavirusa yoluxma səbəbindən iştirak edə bilməyəcək. Həmçinin 90 kq-da Olimpiadaya lisenziya qazanmış Məmmədəli Mehdiyev də iştirak etməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR