"Qızlarımız ən yaxşı nəticəni göstərmək istəyirlər" - Gimnastlarımızın məşqçisi

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna hazırlıqlar planlı şəkildə aparılır, gimnastlar çalışır, işləyir, ən yaxşı nəticələrə hazırlaşırlar.

Sport7.az xəbər verir ki, bu sözləri Dünya Kubokunda iştirak edəcək Zöhrə Ağamirova və Arzu Cəlilovanın məşqçisi Yevgeniya Vilyayeva deyib. O, bunları bildirib: "Evdə, necə deyərlər, divarlar da kömək edir. Təbii ki, qızlarımız ən yaxşı nəticəni göstərmək istəyirlər, ona görə də çox motivasiyalıdırlar və çox çalışırlar. Bədii gimnastika üzrə Dünya Kuboku uzun fasilədən sonra Bakıda keçirilən ilk yarışdır. Əlbətdə maraqlı hisslər keçiririk, ölkəmizdə yarışmaların keçirilməsindən yadırğamışıq, lakin eyni zamanda belə böyük bir tədbirin keçiriləcəyinə görə böyük sevinc hissi keçiririk. Hamı Kubokun keçririlməsinə icazənin vreilməsini gözləyirdi. Təbii ki, yarışın təşkil olunacağını öyrəndikdən sonra çox sevindik".

Onun sözlərinə görə, koronavirus pandemiyası və karantin tədbirləri bir çox idmançı üçün asan olmadı: "Təbii ki, qızlar evdə karantində idilər və bu vəziyyət bir çox idmançı üçün asan olmadı. Bir çox gimnastımız hələ də onlayn məşq edir.Hesab edirəm ki, birbaşa təmasda olduğunuz məşq onlayn məşqlə eyni deyil".

Məşqçi bildirib ki, Zöhrə Ağamirovanın əsas vəzifəsi Bakıda keçiriləcək Dünya Kubokunda iştirakdır və bundan sonra növbəti yarışa hazırlaşmalı olacaq: "Bakıdakı yarışdan sonra Pesarodada (İtaliya) Dünya Kuboku, daha sonra Bolqarıstanda Avropa çempionatı olacaq. Və sonra Olimpiya Oyunlarına hərtərəfli hazırlıq başlayacaq. Daha sonra isə çox güman ki, fasiləsiz dünya çempionatına hazırlaşacağıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR