Qrizmanın qiyməti açıqlandı

Qrizmanın qiyməti açıqlandı

"Barselona" yayda futbolçusu Antoin Qrizmann üçün transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Sport7.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu 29 yaşlı hücumçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edəcək.

Fransalı oyunçunun transferi üçün əsas namizədlər PSJ və "Mançester Yunayted"dir. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2024-cü ilin yayına qədərdir.

Qrizmann bu mövsüm 35 matça çıxaraq, 12 qol vurub və 10 qolun ötürməsini verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR