Qrossmeysterlərimiz ilk onluqda

Qrossmeysterlərimiz ilk onluqda

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il martın 1-nə olan reytinq siyahısını açıqlayıb.

Sport7.az xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan Şəhriyar Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir. Dünyanın ən qabaqcıl iki gənc şahmatçısı xalların sayını 2700-ə çatdırıblar. Belə ki, rusiyalı Andrey Yesipenko və niderlandlı Yorden van Forest 2701 xal toplayıblar.

Digər şahmatçılarımız - 1 pillə geriləyən Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov isə 2664 xalla 75-ci sırada qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 3 pillə geriləyərək 90-cı yerdə qərarlaşıb.

Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR