Qurban Qurbanov bədbəxt hadisə nəticəsində yaralanan

Qurban Qurbanov bədbəxt hadisə nəticəsində yaralanan "Qarabağ"ın azarkeşinə baş çəkib

Azərbaycanın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Ukraynanın "Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan klubun azarkeşi Sabir Mirzəyevə baş çəkib.

Sport7.Az Report.az-a istinadən xəbər verir ki,  42 yaşlı mütəxəssis matçdan sonra gecə saat 2:00 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb. 

O, zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək, onunla söhbət edib. Öz növbəsində ata Mirzəyev "Qarabağ" naminə hər şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də xəstəxanaya baş çəkiblər.

Qeyd edək ki, əslən Füzulidən olan Sabir Mirzəyev Sumqayıtda yaşayır. Hazırda xəstənin həyati təhlükəsi yoxdur və bu gün əməliyyat olunacaq. 

Sport7.Az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR