"Qurban Qurbanov mənə özünü futbola qurban verməyi öyrətdi" - Miçel

"Qarabağ"ın sabiq futbolçusu Miçel Madera peşəkar karyerasında mühüm rol oynamış baş məşqçilərin adlarını açıqlayıb.

Sport7.az xəbər verir ki, ötən gün futbolla vidalaşdığını açıqlayan ispaniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində həmyerlisi Manuel Presiado ilə Ağdam klubuna başçılıq edən Qurban Qurbanovu fərqləndirib. Veteran oyunçun seçimini belə izah edib: "Presiado Portuqaliya "Sportinq"ində mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik. Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi".

Miçel bu iki mütəxəssisdən başqa, Xosep Qvardiola və Visente Del Boskenin də üslubunu bəyəndiyini söyləyib. Qazandığı təcrübədən razı qalan keçmiş yarımmüdafiəçi ona yüksək səviyyədə oynamaq imkanı yaradan klublara təşəkkür edib.

Miçel "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR