Qurban Qurbanov:

Qurban Qurbanov: "Rəşad Sadıqova ehtiyacım var"

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan İtaliya - Azərbaycan matçını izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var idi. Qarşılaşma başa çatandan sonra təcrübəli çalışdırıcı ilə söhbət etmək imkanımız oldu. Sport7.az saytına müsahibə verən Qurbanov bir sıra maraqlı açıqlamaları ilə yadda qaldı.

- İlk olaraq qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Maraqlı oyun oldu. Hər kəsi təbrik etmək istəyirəm. Çox gözəl atmosfer var idi. İlk hissədə tam fərqli futbol nümayiş olundu. İlk yarıda demək olar ki, top daha çox bizdə oldu. Rəqibə hücum etməyə imkan verilmədi. Sadəcə, əks hücumlar zamanı qapımızda qol gördük. Bərabərlik qolunu vurduq. Futbolçular çox inamlı idilər. İtaliyanın vurduğu qol açığı, mənim üçün müəmmalı qaldı. Bəlkə də oyundankənar vəziyyət var idi. Bu qol da komandanı ruhdan saldı. Düşünmək lazımdı İtaliya komandası həqiqətən də öz oyun üslubuna malikdi. Rəqibə oynamağa imkan vermir. Buna baxmayaraq, futbolçularımızı təbrik edirəm. Belə komandaya qarşı mübarizə aparmaq çətin idi. 

- Öz futbolçularınızın çıxışdan necə, razı qaldız?
- İkinci hissədə hamıda çatışmazlıq oldu. Bəzilərindən bir o qədər də razı qalmadım.

- Sizcə, Bədavi Hüseynov qırmızı vərəqə almasına lüzum var idimi?
- Bədavi bir az ağıllı oynadı. Rəqib futbolçunu tutdu, dərhal da buraxdı. Daha çox Sebastyan Covinko qırmızı vərəqəni aldırdı desək, yanılmarıq. Vəziyyətdən yaxşı yararlandı. 

- Kapitan Rəşad Sadıqovun millidəki 100-cü oyunu ilə bağlı nə deyə bilərsiz?
- Kapitana öz adımdan təşəkkür etmək istəyirəm. 100-cü oyunu belə yüksək səviyyədə keçirmək hər oyunçuya qismət olmur. Müdafiəçiyə bir məşqçi, bir azarkeş kimi "çox sağ ol" demək istəyirəm. Milli komandanın ağır günündə yanında, yığmanın başında oldu. Ona hər birimizin böyük hörməti var. Baxmayaraq ki, yaşı ötdükcə futbolçu karyerası sona çatır. Amma, o, hələ bizə Azərbaycan futbolu üçün lazımdı. Rəşada daha da sağlam və möhkəm olmasını arzu edirəm.

- Sadıqov bildirdi ki, İtaliya ilə oyundan sonra millidən getmək haqda fikirləşirdim. Ancaq yığmamızın çalışdırıcısı Robert Prosineçki kapitana tələsməməyi məsləhət görüb. Siz hansı fikirdəsiz? 
- Seçimi futbolçunun özünə buraxmalıyıq. Biz kənardan nə qədər fikir bildirsək də, Sadıqov özünü daha yaxşı tanıyır. Yəqin ki, bu tsikli başa çatdırmalıdı. Daha sonra da dərindən düşünməlidi. Məncə, özü də belə qərar verəcək. 

- Bilirik ki, Rəşad Sadıqovla möhkəm dostluğunuz var. Bəs, futbolçu kimi kapitana hansı müddətə qədər ehtiyacınız var?
- Hazırda ona ehtiyacım var. Düşünürəm ki, bir neçə il, bir neçə illər Rəşada ehtiyac olacaq. Mən onu tanıyıram, gücünü bilirəm. Əsas odur ki, zədədən uzaq olsun. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR