Qurban Qurbanov Şenol Güneşlə görüşdü - FOTOLAR

Qurban Qurbanov Şenol Güneşlə görüşdü - FOTOLAR

Türkiyə millisi Bakıda ilk məşqinə çıxıb.
 
Sport7.az xəbər verir ki, "Ay-ulduzlular" Azərbaycandakı ilk məşqinə "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcell Arena"da çıxıb. İlk 20 dəqiqəsi mətbuat üçün açıq olan məşqdə iki futbolçu iştirak etməyib. Çağlar Söyüncü və Umut Meraş fizioterapevtin rəhbərliyi altında fitnes salonunda məşq edib. 
 
Təxminən 1,5 saat davam edən məşqdən öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyə millisini məskunlaşdığı oteldə ziyarət edib və qardaş ölkə yığmasının baş məşqçisi Şenol Güneşlə görüşüb. Qurbanov azərbaycanlıların Türkiyəni dəstəklədiyini bildirib, onlara AVRO-2020-də uğurlar arzulayıb. 
 
Güneş Qurbanova türkiyə yığmasının imzalı formasını da hədiyyə edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR