Qurban Qurbanovun oğlu qol vurdu, “Qarabağ” qalib gəldi - Video

Qurban Qurbanovun oğlu qol vurdu, “Qarabağ” qalib gəldi - Video

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ” dünən ilk yoxlama oyununa çıxıb.

Sport7.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşıb.

Sofiya təmsilçisi ilə oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.

"Qarabağ” Avstriya toplanışında Rusiyanın "Arsenal” (Tula) və Almaniyanın "Auqsburq” komandaları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu

7 iyul

Qarabağ – ÇSKA (Sofiya) 1:0

Qol: Musa Qurbanlı, 69.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR