Ramil Şeydayevdən

Ramil Şeydayevdən "Neftçi"nin futbolçusuna FOTOCAVAB

"Sabah"ın futbolçusu Ramil Şeydayev "Neftçi"nin legioneri Mamadu Mboca cavab verib.

Sport7.az xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib. Şeydayev "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 24-cü tur matçından epizod paylaşıb. O, 28 yaşlı seneqallı müdafiəçiyə ilk 11 metrlik zərbədən öncə qayda pozuntusunun cərimə meydançasından kənarda baş verdiyini göstərərək, referinin buna görə penalti təyin etdiyini yazıb.

Mboc daha əvvəl komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına reaksiya vermişdi.

Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası 2:2 hesablı heç-heçə ilə bitən matçda bir sıra mübahisəli qərarlar qəbul edib. Bu görüşün idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR