"Real" Braziliya millisinin üzvünü transfer edir

"Real” yeni hücumçu transfer edəcək.

Sport7.az xəbər verir ki, Madrid təmsilçisi bu mövqeyə braziliyalı Rişarilsonu gətirmək niyyətindədir. Baş məşqçi Karlo Ançelotti İngiltərə "Everton”unun forvardını sərəncamında görmək istəyir. İtaliyalı mütəxəssis Liverpul təmsilçisində çalışdığı vaxtdan tanıdığı cənubi amerikalı ilə danışıq da aparıb.

Ançelotti Rişarilsona "Real”a keçməyi təklif edib. Hazırda Braziliya yığması ilə Amerika kubokunda olan 24 yaşlı hücumçuya zəng edən mütəxəssis onu razı salmağa çalışıb.

Rişarilson ötən mövsüm 40 oyunda 13 qol vurub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR