"Real" əsas futbolçusunu itirdi

"Real"ın futbolçusu Rafael Varan zədələnib.

Sport7.az xəbər verir ki, bu haqda Madrid təmsilçisinin rəsmi saytında məlumat yer alıb. 28 yaşlı müdafiəçinin əzələsində problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Zinəddin Zidanın komandası mayın 5-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində İngiltərədə "Çelsi"nin qonağı olacaq. Komandalar arasında İspaniyadakı matç 1:1 hesabı ilə yekunlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR