"Real" Ramosa əvəzləyici tapdı

"Real" sabiq kapitanı Serxio Ramosa əvəzləyici tapıb.
 
Sport7.az xəbər verir ki, bu barədə "Marca" yazıb. Paytaxt təmsilçisi "Sevilya"da çıxış edən Jül Kundeni heyətinə qatmaq istəyir. Madrid klubu 22 yaşlı müdafiəçi üçün danışıqlara başlayacaq.

Ramos da 2005-ci ildə "Sevilya"dan "Real"a keçmişdi. Kundenin hazırkı klubu ilə müqaviləsi 2024-cü ildə başa çatmalıdır. O, ötən mövsüm La Liqada 34 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR