"Rəqib bizdən daha istəkli idi" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Sumqayıt" qarşılaşmasının oyun sonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Qəbələ” ilə səfərdə keçirdiyimiz qarşılaşmalar hər zaman çətin olur. Matça hər zaman olduğu kimi qələbə qazanmaq üçün çıxmışdıq. Lakin düşünürəm ki, rəqib bizdən daha istəkli idi. Oyunumuz yaxşı alınmadı. Səhvlərimiz üzərində çalışacağıq. Çempionatda rəqabət də artmaqdadır. Artıq qazanacağımız hər xal daha vacib olacaq. "Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR