"Qarabağ”ın kapitanı "CBC Sport” telekanalının
ofisində olub.
Sport7.az xəbər verir ki, AFFA-nın nəzarətində olan
telekanal son vaxtlar "Qarabağ”a, xüsusiylə də onun baş məşqçisi Qurban
Qurbanova qarşı soyuq münasibətiylə seçilir.
APOEL-lə Bakıdakı oyundan sonra keçirilən mətbuat
konfransında xoşagəlməz olay yaşanmışdı. Bundan istifadə edən telekanal
Qurbanovu tənqid edən süjet hazırlamış və 7 dəqiqəlik həmin süjet həm kanalın
efirində, həm də sosial şəbəkələrdəki hesabında yayınlanmışdı.
Bu münasibətə baxmayaraq, "Qarabağ” tərəfi "CBC
Sport”u 4 yaşı münasibətiylə təbrik edib, komandanın kapitanı Rəşad Sadıqov
telekanalın Bakı Olimpiya Stadionunda yerləşən ofisinə gedib.
"CBC Sport”un baş direktoru Volkan Üst bu barədə "Futbol+”
qəzetinə verdiyi müsahibəsində danışıb.
Sitat: "Ad günümüzdə komandanın kapitanı Rəşad
Sadıqov bizi təbrik etdi. O Şəmsəddin Abbasovla birgə yanıma gəlmişdi. Ürək
sözlərini dedi, xoş arzular dilə gətirdi”.